“Qərb ölkələri yüksək ixtisaslı mütəxəssislərimizi Əfqanıstandan aparır” - “Taliban” rəsmisi

“Qərb ölkələri yüksək ixtisaslı mütəxəssislərimizi Əfqanıstandan aparır” -  “Taliban” rəsmisi backend

“Taliban” hərəkatının rəsmisi Zəbihullah Mücahid təhsilli əfqanların Qərb ölkələri tərəfindən ölkədən çıxarılmasını qeyri-insani hərəkət kimi qiymətləndirib.

Zəbihullah Mücahid “New York Times” qəzetinə verdiyi müsahibədə bəyan edib ki, Qərb ölkələri ixtisaslı əfqan mütəxəssisləri Əfqanıstandan aparmaqla məşğuldur.  

“Onlar ölkəmizin işlərinə qarışmamalı, həkimləri, müəllimləri, digər ixtisas sahibi olan insan resurslarımızı əlimizdən almamalıdırlar. Bu, qeyri-insani bir hərəkətdir”, - deyə Z.Mücahid vurğulayıb.

“Taliban” rəsmisi əlavə edib ki, keçmişdə ABŞ-a işləmiş tərcüməçilər və digər əfqanlar hərəkat tərəfindən hədəfə alınmayacaq və mütəxəssisləri vətənlərində heç bir təhlükə gözləmir.

Diaspora