Taliblər Çin səfiri ilə görüşüb

Taliblər Çin səfiri ilə görüşüb backend

Taliban nümayəndələri Kabildə Çin səfirinin başçılıq etdiyi diplomatik missiyasının heyəti ilə görüşüblər.

Trend-in "TASS" istinadən verdiyi məlumata görə, bu barədə hərəkatın Qətər siyasi ofisinin nümayəndəsi Məhəmməd Naim "Twitter" səhifəsində bildirib.

"Əfqanıstan İslam Respublikasının siyasi büro başçısının müavini Əbdül Salam Hənəfinin başçılıq etdiyi nümayəndə heyəti Çinin Kabildəki səfiri və işçi heyəti ilə görüşdü", - məlumatda deyilir.

Tərəflərin "təhlükəsizlik məsələləri və Əfqanıstandakı mövcud vəziyyət, həmçinin ikitərəfli əlaqələr və Çin tərəfdən humanitar yardım" mövzusunda müzakirələr apardıqları ifadə edilir.

Həmçinin Beyrutda fəaliyyət göstərən "Al Mayadeen" telekanalına verdiyi müsahibədə Məhəmməd Naim Talibanın Çin və Rusiya ilə yaxşı əlaqələri olduğunu deyib.

Nümayəndə bildirib: "Çin bizim üçün qonşu dövlətdir. Bizim onunla yaxşı münasibətlərimiz var. Eyni şey Rusiyaya da aiddir. Taliban Əfqanıstanın bütün qonşu ölkələri ilə əlaqələri inkişaf etdirməyi hədəfləyir".

Diaspora