Ukrayna təyyarəsinin qaçırılması barədə XİN-dən açıqlama

Ukrayna təyyarəsinin qaçırılması barədə  XİN-dən açıqlama backend

Əfqanıstanda Ukraynaya məxsus təyyarənin qaçırılması barədə yayılan məlumatlar təkzib edilib.

“Report” “Russia Today”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Oleq Nikolenko məlumat verib.

“Kabildə və ya başqa bir yerdə qaçırılmış Ukrayna təyyarəsi yoxdur.

“Qaçırılmış təyyarə” barədə müxtəlif KİV-lərdə tirajlanan məlumatlar həqiqəti əks etdirmir”, - o bildirib.