Əfqanıstanda Ukrayna təyyarəsi naməlum qrup tərəfindən qaçırılıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə Ukrayna XİN-dən bildirilib.
Məlumata görə, Ukrayna vətəndaşlarının təxliyəsi üçün Əfqanıstanda olan təyyarə naməlum şəxslər tərəfindən qaçırılıb.
“Təyyarə naməlum sərnişinlərlə İran istiqamətində uçub”, - məlumatda qeyd edilib.
Keçən həftə baş vermiş hadisənin necə sonlanması barədə məlumat verilməyib.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
