İran Talibanı tanımayacaq – Xətibzadə

İran Talibanı tanımayacaq –  Xətibzadə backend

"Hazırki vəziyyətdə Talibanı rəsmən tanımayacağıq".

Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə mətbuat konfransı zamanı deyib.

“Hazırda o mərhələdə deyilik. Əfqanıstanın gələcək hökuməti ilə bağlı qərar vermək hələ tezdir. Əfqanıstan xalqının həyatını, mülkünü və şərəfini qorumaq, müxtəlif əfqan qrupları arasında geniş bir dialoq aparmaq və bu ölkədə hərtərəfli sağlam bir hökumət qurmaq bugünkü prioritetlərimizdir", - Xətibzadə deyib.