Niderland kraliçası Beatriks getdiyi simfonik orkestr konsertində müsəlman drijor tərəfindən İslam dininə dəvət olunub. Drijor dəfələrlə kraliça ilə görüşmək istədiyini, amma buna imkan verilmədiyini deyib:
“Təəssüf edirəm, doğru olmadığını bilirəm.Rəhman və Rəhim olan Allahın Adı ilə.
Belə etməyin düzgün olmadığını bilirəm və sizdən üzr istəyirəm. Amma belə eləməyə məcbur qaldım. Sizinlə görüşməyə bir neçə dəfə cəhd etsəm də, buna imkan verilmədi.
Qurani Kərim, Məryəm surəsi, 30 – 33-cü ayələr:
"(Allahdan bir möcüzə olaraq körpə dilə gəlib) dedi: “Mən, həqiqətən, Allahın quluyam. O mənə kitab (İncil) verdi, özümü də peyğəmbər etdi. O, harada oluramsa olum, məni mübarək (həmişə hamıya xeyir verən, dini hökmləri öyrədən) etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. O, həmçinin məni anama qarşı olduqca itaətkar (nəvazişkar) etdi, (heç kəsə qarşı) zülmkar, asi (dikbaş) eləmədi! Doğulduğum gün də, öləcəyim gün də, diriləcəyim (qəbirdən diri olaraq qaldırılacağım) gün (qiyamət günü) də (Allahdan) mənə salam olsun!”"
Mən sizi dəvət eləmək üçün buradayam. Sakit olun, yerinizdə qalın. Zalda bomba yoxdur. Mən dəli deyiləm. Mən Allahın quluyam və sizi imana dəvət edirəm. Allaha iman edin. Mən ona ibadət edirəm. Bu çox doğru bir yoldur”.
Drijorun bu çıxışını zalda olan bəzi tamaşaçılar alqışlarla qarşılayır. Həmin drijor mülki geyimli şəxslər tərəfindən zaldan çıxarılır və polis tərəfindən nəzarətə götürülür.