"Sələflərim Krımı Rusiyaya icarə veriblər" - Zelenski

"Sələflərim Krımı Rusiyaya icarə veriblər" -  Zelenski backend

"Sələflərim Krımı Rusiyaya icarəyə vermişdilər".

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski dövlət telekanalının efirində deyib.

Prezidentin sözlərinə görə, bu, 1994-2014-cü illəri əhatə edir:

"Sualım sadədir: Krımdakı Ukrayna donanması haradadır? Müharibə olmayanda donanmanı kim talan etdi? Donanmamız harada idi?"

Zelenski Ukraynanın Krım uğrunda informasiya müharibəsini uduzduğunu da etiraf edib:

"Orada Ukrayna televiziyası yox idi. Orada hansı ulduzlar çıxış edirdi? Yalnız rus ulduzları və heç kim bunun əleyhinə deyildi. Bəs, Ukrayna harada idi?" - deyə prezident vurğulayıb.

Diaspora