ABŞ prezidenti Cozef Bayden bildirib ki, o, ölkəsinin hərbçilərinin Əfqanıstandan çıxarılması ilə bağlı düzgün qərar qəbul edib.
Qaziler.az bildirir ki, bu barədə “RİA Novosti” xəbər verir.
"Mən bunu etdim, əminəm ki, daha çox gənc kişi və qadını müharibəyə göndərmək qərarına gəlmədiyim üçün haqlıyam", - Cozef Bayden Ağ Evdə çıxışı zamanı deyib.
Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Baydeni amerika qoşunlarının Əfqanıstanda 83 milyard dollarlıq hərbi texnikanı qoyaraq tərk etməsində ittiham edib