İŞİD-in kəşfiyyat qrupu Türkiyədə iş başında tutuldu - FOTO

İŞİD-in kəşfiyyat qrupu Türkiyədə iş başında tutuldu - FOTO backend

Türkiyənin Şanlıurfa şəhərində İŞİD terror qruplaşmasının kəşfiyyatçıları ələ keçirilib. Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, son günlər polisin həyata keçirdiyi əməliyyatlarla böyük zərbə alan İŞİD-in kəşfiyyatçıları ilk dəfə tutulub.

Məlumata görə, şəhərin mərkəzindəki Yeni şəhər Polis Mərkəzinin qarşısında mühafizə xidməti yerinə yetirən polis prospekt üzərindəki üst keçiddə iki nəfərin ətraf ərazinin fotoşəkillərini çəkdiyini görüb. Hadisə yerinə gedən polis onların Suriya vətəndaşı olduğunu anlayıb. Beşşar H. və Məhəmməd A. H. adlı iki suriyalı terrorla mübarizə şöbəsinə aparılıb.

Onların telefonlarından Milli İstihbarat Təşkilatı (MİT) və polis binalarının, eyni zamanda İŞİD və “Əl-Nüsra” Cəbhəsinin daxilində olduğu müddətdə çəkdiyi görüntülər çıxıb.

Adıçəkilən təşkilat içində çəkdiyi fotoşəkillərdə saqqallı olan suriyalılar Türkiyədə olduğu müddətdə diqqət çəkməmək üçün saqqallarını kəsiblər. Onların həmçinin turist görüntüsü yaratmaq üçün çamadanla gəzdiyi də məlum olub. Gizli aparılan istintaqla məhkəməyə çıxarılan Beşşar H. və Məhəmməd A. H. həbs olunaraq həbsxanaya göndərilib.
Diaspora