PKK Ermənistanla həmsərhəd bölgələri nəzarətə götürməyə hazırlaşır

PKK Ermənistanla həmsərhəd bölgələri nəzarətə götürməyə hazırlaşır backend

PKK Ermənistanla həmsərhəd bölgələri nəzarətə götürməyə hazırlaşır PKK Türkiyə-Ermənistan sərhədləri boyunca gərginlik zolağı yaratmaq planını həyata keçirməyə başlayıb.

APA TV-nin məlumatına görə, Türkiyə mətbuatı terrorçuların Ağrı, Qars, İğdır, Doğubəyazid, Ərdəhan və Gölədə gərginlik zolağı yaratmağa başladığını yazır. PKK terror təşkilatının bu ərazilərdə fəallaşmaqda məqsədi Ermənistandan dəstək almaq və bu ölkədən hərbi yardım əldə olunmasını asanlaşdırmaqdır. Mətbuat Kandildəki terrorçu Cəmil Bayıkın ən etibarlı adamlarından Yusuf Şekin bölgədə terror aktlarını artırmaq məqsədilə Ermənistanla sərhəd bölgələrə göndərildiyini yazıb. Gərginlik zolağı planı baş tutarsa, Ermənistanın PKK-ya dəstəyi və hərbi yardımı təmin edilmiş olacaq. Mətbuat Ermənistanda PKK düşərgələrinin olmasının hər kəsə məlum fakt olduğunu yazıb. Xatırladaq ki, Türkiyə-Ermənistan sərhədi Azərbaycan kökənli türklərin ən sıx yaşadığı bölgələrdir.

Diaspora