Aİ:İrana qarşı sanksiyaların ləğvindən danışmaq hələ tezdir (EKSKLÜZİV)

Aİ:İrana qarşı sanksiyaların ləğvindən danışmaq hələ tezdir (EKSKLÜZİV) backend

Tehranın nüvə proqramı üzrə əldə olunan razılıq İran və Avropa İttifaqı (Aİ) əlaqələrinin yaxşılaşdırılması sahəsində mühüm hadisədir, ancaq ölkəyə tətbiq edilən sanksiyaların ləğvindən danışmaq hələ tezdir.



Bu barədə Trend-ə müsahibəsində Aİ mətbuat xidmətindən məlumat verilib.

Mətbuat xidmətindən bildirilib ki, Aİ əldə olunan razılığı alqışlayır: “Saziş sanksiyaların ləğv edilməsinin əvəzində İranın nüvə proqramının yalnız sülh xarakteri daşıması ilə bağlı beynəlxalq ictimaiyyətin inamını bərpa etməyə yönəlib. Lakin hazırda sanksiyaların ləğv edilməsi və tərəflər arasında ticarət əlaqələrinin bərpa edilməsi ilə bağlı konkret addımlar haqqında danışmaq hələ tezdir”.

Aİ-də qeyd edilib ki, saziş tərəflər arasında əlaqələrin yaxşılaşdırılması sahəsində mühüm hadisədir: “Sazişin reallaşdırılması Aİ, üzv ölkələr və İran arasında əməkdaşlığın genişlənməsi üçün böyük imkanlar aça bilər. Əldə olunmuş razılıq İranla əlaqələrin yenidən qiymətləndirilməsi üçün əsas ola bilər və digər sahələrdəki problemlərin həll edilməsi üçün təkan ola bilər”.
Diaspora