Xilasedicilər Hokkaydo sahillərində yanan bərədə itkin düşmüş heyət üzvünün axtarışını davam etdirirlər.
Xəbər verdiyimiz kimi, bərə iyulun 31-də Yaponiyanın Hokkaydo prefekturasının Tomakoma şəhərinin yaxınlığında olarkən yanğın baş vermişdi.Yaponiyanın Sahil Mühafizəsinin nümayəndələri bildirirlər ki, itkin düşmüş 44 yaşlı kapitan köməkçisinin axtarışları davam etdirilir. Yanğının yaratdığı yüksək temperaturu aşağı salmaq üçün bərə bir neçə istiqamətdən su şırnağına tutulub. Göyərtədə olmuş digər 93 nəfər təxliyə edilib.
Avqustun 1-də Sahil Mühafizəsinin xüsusi bölməsi iki dəfə bərəyə qalxsa da, yanğının yaratdığı yüksək temperatur və tüstü axtarışlara imkan verməyib.