Dərs ilinin başlanmasını uzatmaq Rusiya iqtisadiyyatına xeyir verə bilər. Axar.az xəbər verir ki, bu sözləri ənənəvi olaraq qeyri-adi çıxışları ilə seçilən RLDP sədri Vladimir Jirinovski deyib. Onun sözlərinə görə, məktəblər oktyabrın birində açılmalıdır: “Niyə biz yayı yükləyirik? Axı istirahət üçün yerlər azdır! Biz yayı uzadırıq və yaxşı istirahətə imkan yaradırıq. Sentyabr dənizin ən isti vaxtıdır, meyvələr yetişir, amma biz vətəndaşlarımızın istirahətinə mane oluruq”, - Rusiya kanalına müsahibəsində Jirinovski deyib.
Dövlət Dumasının üzvü bildirib ki, məktəblərin açılmasını oktyabra saxlamaqla insanlara sentyabr ayında da istirahətə pul xərcləməyə imkan yaratmaq lazımdır: “Belədə iqtisadiyyat əlavə gəlir əldə edir, vergilər çoxalır”.Onun sözlərinə görə, bu, heç də yay tətilinin uzadılması demək deyil: “Dərsi iyun-iyula da uzatmaq olar, avqustda isə tələbələr təcrübə keçər, sentyabrda yollanarlar tətilə”. Jirinovski millət vəkillərinin də işə sentyabrda deyil, oktyabrda başlamasının daha məqsədəuyğun olduğunu deyib.