Türkiyədəki yanğınlar kosmosdan belə görünür - FOTOLAR

Türkiyədəki yanğınlar kosmosdan belə görünür -  FOTOLAR backend

Türkiyədə bir həftədir davam edən genişmiqyaslı meşə yanğınları qlobal ekoloji problemə çevrilib.

Qazilər.az Azvision.az-a istinadla xəbər verir ki, bir çox avropalı ekoloqlar yanğınların artıq yalnız Türkiyə üçün deyil, bütün qitə üçün faciəyə çevrildiyini bəyan edirlər.

Bu gün isə Türkiyənin kəşfiyyat peykləri "Göktürk-1" və "Göktürk-2" yanğınların miqyasını göstərən görüntülər yayıb. Kosmosdan çəkilən fotolarda ölkənin cənub və cənub -qərbində baş verən meşə yanğınlarının ağır nəticələri aşkar görünür. Əsasən Manavqat və Mərmərə bölgəsini əks etdirən şəkillər Türkiyə Müdafiə Nazirliyi tərəfindən yayımlanıb.

Diaspora