Müsəlman Prezident səsdən iti müasir italyan qırıcısını özü havaya qaldırdı - VİDEO

Müsəlman Prezident səsdən iti müasir italyan qırıcısını özü havaya qaldırdı  -  VİDEO backend

Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov yeni hərbi təyyarəni şəxsən özü sınaqdan keçirib. 

Moderator.az bu haqda “Türkmənistən. Altun əsr” jurnalına istinadla məlumat verir.

Məlumata görə, dövlət başçısı yeni hərbi təyyarələrin dayanacağına gəlmədən öncə səhər gimnastika ilə məşğul olub, sonra velosiped sürüb və piyada gəzib.

Daha sonra Türkmənistan rəhbəri xüsusi pilot forması geyinərək sınaq uçuşuna başlayıb. Qeyd olunur ki, havaya qalxan təyyarə bir neçə saniyə ərzində lazım olan yüksəkliyə çatıb və bundan sonra Prezidentin iştirakıyla müəyyən virajlar (təyyarənin havada kəskin dönüş etməsi ilə müşayiət olunan pilotajlar) təqdim edilib.

Berdıməhəmmədovun səsdən sürətli qırıcısı "Aermacchi M-346" markalı  İtalyan təlim hücum təyyarəsidir. O, müasir turboreaktiv mühərriklərlə təchiz edilib. Təyyarənin uçuş məsafəsi 2000 km, uçuşunun maksimum hündürlüyü 13 min 700 metrdir.

"Yeni bir təyyarə ilə sınaq uçuşunu başa vurduqdan sonra dövlət başçısı yumşaq bir eniş edib. Bütün bunlar səmamızın etibarlı şəkildə qorunduğunu, ölkə xalqının Prezident Qurbanqulu Berdiməhəmmədovun qayğısı əhatəsində sülh və əmin-amanlıq içində yaşaya biləcəyini göstərir" - türkmən nəşrinin məlumatında belə deyilir.

Diaspora