Türkiyədə meşə yanğınları qurbanlarının sayı 8-ə yüksəldi - FOTO - VİDEO

Türkiyədə meşə yanğınları qurbanlarının sayı 8-ə yüksəldi -  FOTO - VİDEO backend

Türkiyə Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Koca ölkədə meşə yanğınları nəticəsində ölənlərin sayının 8-ə, yaralıların sayının isə 864 nəfərə yüksəldiyini söyləyib.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

"Manavqatda (Antalya vilayəti) yanğınlar nəticəsində cəmi 7 itkimiz var. Yanğın zamanı xəsarət alan 507 nəfərdən 497-si evə buraxıldı. Marmaris və Bodrumda baş verən yanğınlardan zərər çəkmiş 203 nəfərdən 186-sı evə buraxıldı. Marmarisdə bir ölü var. Mersində yanğın zamanı xəsarət alan 154 nəfərin hamısı müalicəsi bitdikdən sonra evə buraxıldı", - deyə Koca tvitterdəki hesabında yazıb.

Daha əvvəl meşə yanğınlarının 7 qurbanı və 410 nəfərin yaralandığı bildirilib.

Qaziler.az Türkiyə mətbuatına istinadən yanğın baş verən ərazilərdən çəkilmiş video və fotoları təqdim edir:

 

Diaspora