İsveçrə Mərkəzi Bankı 33 milyard avro itirib

İsveçrə Mərkəzi Bankı 33 milyard avro itirib backend

İsveçrə frankının avroya nisbətdə ucuzlaşması bu ölkənin Mərkəzi Bankının 33 milyard avro (50 milyard İsveçrə frankı) itirməsinə səbəb olub.



AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu, İsveçrə federal hökumətinə məxsus olan Mərkəzi Bankın gəlirlərinə ciddi təsir edə bilər. Belə ki, həmin gəlirlər ölkədə məişət xidmətləri üçün istifadə olunur.

İsveçrə cari ilin yanvarında valyuta bazarında ciddi səs-küyə səbəb olan addım ataraq dörd illik sabit məzənnə siyasətindən uzaqlaşmışdı. Frankın hazırkı vəziyyəti İsveçrənin xarici ticarətinə, turizm sənayesinə və biznes dairələrinə zərər vurub. Ölkənin xarici ticarət dövriyyəsi bu il 2,6 faiz azalıb.

Məsələnin həlli ilə bağlı İsveçrə Mərkəzi Bankı valyuta bazarından daha çox avro alaraq frankın dəyərini artırmağa çalışıb. Beləliklə, bir avro 1,20 frankdan 1,06 frankadək ucuzlaşıb.
Diaspora