Avropa İttifaqı “Taliban”a şərt qoydu

Avropa İttifaqı “Taliban”a şərt qoydu backend

 

“Əgər “Taliban” terror qruplaşması hakimiyyəti silah yolu ilə ələ keçirsə Avropa İttifaqı Əfqanıstanın bu hökumətini tanımayacaq”.

“Report” xəbər verir ki, bunu qurumun bölgə üzrə xüsusi nümayəndəsi Tomas Niklasson Əfqanıstan telekanalı “Ariana News”a verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, hadisələr bu cür inkişaf edərsə, Avropa İttifaqı Əfqanıstana yardım göstərməyi dayandıracaq

“Bu ölkənin təcrid olunmasına səbəb ola bilər. Avropa İttifaqı mövcud vəziyyətdən narahatdır. Tərəflər, davam edən münaqişəyə son qoymaq üçün mehriban münasibət göstərməlidirlər”.

Diaspora