Türkiyədə yanğınlar olan əraziyə meteorit düşdü - VİDEO

Türkiyədə yanğınlar olan əraziyə meteorit düşdü -  VİDEO backend

Türkiyə meşə yanğınları ilə mübarizə apardığı bir vaxtda İzmir şəhərinə meteoritin düşməsi barədə məlumat yayılıb.

Azvision.az xəbər verir ki, bu barədə yerli media yazıb. Saytlar sosial şəbəkələrdə yanğınların baş verdiyi əraziyə yaxın düşən naməlum yanan obyektin videosunu paylaşıblar.

Türkiyə vətəndaşları sosial mediada, xüsusən də "Tvitter"də yayılan görüntülərdən narahatlıqlarını ifadə edirlər. Əraziyə yaxın yaşayan bəzi sosial şəbəkə istifadəçiləri isə partlayış və ya zəlzələyə bənzər anlaşılmaz yüksək gurultuların eşitdiklərini yazırlar.

Hazırda ölkə ərazisinə hər hansı bir göy cisminin düşməsi barədə rəsmi məlumat yayılmayıb.

Diaspora