Dünyada koronavirusa yoluxanların STATİSTİKASI

Dünyada koronavirusa yoluxanların  STATİSTİKASI backend

Dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı 196,5 milyonu ötüb.

Qazilər.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytı məlumat yayıb.

Məlumata görə, dünyada COVID-19-a 196 553 009 yoluxma aşkarlanıb. Son sutkada daha 623 707 nəfərin koronavirusa yoluxması məlum olub.

Qeyd edilir ki, dünyada koronavirusdan ölənlərin ümumi sayı 4 200 412 nəfərə çatıb.

Dünyada koronavirusa ən çox yoluxma və ölüm ABŞ-da qeydə alınıb. Siyahıda sonrakı yerlərdə Hindistan, Braziliya, Rusiya qərarlaşıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Diaspora