Türkiyədə yanan qərbistanlıqdakı şəhid məzarı və dövlət bayrağı salamat qalıb - VİDEO

Türkiyədə yanan qərbistanlıqdakı şəhid məzarı və dövlət bayrağı salamat qalıb -  VİDEO backend

Türkiyənin Mersin vilayətindəki meşə yanğını Silifkə ilçəsindəki qəbristanlığa da sıçrayıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Qəbristanlıqdakı bir çox məzarlar yanğından zərər görsələr də, polis çavuşu Fərrux Dikmənin qəbri və qəbir üzərində dalğalanan Türkiyə dövlət bayrağına heç bir xətər toxunmayıb.

Yerli sakinlər hadisəni Allahın möcüzəsi kimi qiymətləndirib və şəhidin ruhuna dualar ediblər.

Qeyd edək ki, Fərrux Dikmən 2018-ci ildə Tunceli vilayətində şəhid olub.  

Diaspora