Aralıq dənizində 300 miqrant qayıqları ilə birlikdə batıb. Bu barədə məlumatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı yayıb.
Bildirilib ki, miqrantlar əsasən Saharaaltı Afrikadan, Liviya ilə müharibədən qaçırmışlar. Onlar dörd kiçik qayığa sığınıblar.Komissarlığın Avropa bölməsinin direktoru Vincent Cochetel yaydığı bəyanatda deyib ki, bu, böyük faciədir. Bu göstərir ki, dənizin ümidinə buraxılanda daha çox adam həyatını itirə bilər.
Xatırladaq ki, ötən il Şimali Afrikadan İtaliyaya qayıqla keçməyə çalışan 3 min 200-dən çox adam həlak olub. Ötən ildə 170 min nəfər İtaliyaya gəlib. Onları dənizdən donanma, sərhəd xidməti, ya da ticarət gəmiləri götürüb.