Kolumbiyanın Sesar departamentində ölkənin Hərbi-Hava Qüvvələrinə məxsus hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 12 nəfər ölüb
.APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Kolumbiyanın prezidenti Xuan Manuel Santos bildirib.
Ölənlərin yaxınlarına baş sağlığı verən dövlət başçısı bildirib ki, qəza faktını Kolumbiya Mülki Aviasiya İdarəsi təsdiqləyib.
“El Colombiano” qəzetinin məlumatına əsasən, təyyarə göydə partlayaraq üç yerə parçalanıb. Hadisə yerinə çox sayda hərbçilərin gəldiyi bildirilir. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.