Britaniyadan vətəndaşlarına çağırış: Ermənistan...

Britaniyadan vətəndaşlarına çağırış:  Ermənistan... backend

Böyük Britaniya öz vətəndaşlarını Ermənistan və Azərbaycan sərhədinə 5 km-dən çox yaxınlaşmamağa çağırıb.

Axar.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin saytında məlumat yayılıb.

Bundan başqa, təhlükəsizlik üçün İcevan və Noyemberyan şəhərləri arasındakı M16/N26 magistralı ilə hərəkət etməmək tövsiyə olunub.

Bütünlükdə isə məsləhət görülüb ki, vacib olmadıqca koronavirusun artması səbəbindən Ermənistanın digər hissəsinə də səfərlər edilməsin.

Diaspora