İngiltərənin cənubunda şəxsi təyyarə maşın bazarına düşüb. APA TV-nin xəbərinə görə, hadisə nəticəsində 4 nəfər ölüb.
Olay Hempşir bölgəsində baş verib. Təyyarənin göyərtəsindəki pilot və üç sərnişindən heç biri sağ qalmayıb."Phenom 300" tipli təyyarə maşın bazarının yaxınlığındakı hava limanına eniş etməli imiş. Lakin qeyri-müəyyən səbəblərdən maşın bazarına düşüb.
Qəzadan dərhal sonra maşın bazarı boşaldılıb. Bazarda baş verən yanğının genişlənməsinə imkan verilməyib.