Yaponiyada göyərtəsində 100-dək sərnişin olan bərədə yanğın baş verib

Yaponiyada göyərtəsində 100-dək sərnişin olan bərədə yanğın baş verib backend

Yaponiyanın Hokkaydo adasının liman şəhəri olan Tomakomadan 50 kilometr məsafədə yerləşən bərədə yanğın baş verib. Bu barədə sahil mühafizəsinin regional şöbəsi məlumat yayıb.



Məlumatda bildirilir ki, bərənin göyərtəsində 71 sərnişin olmaqla 94 nəfər olub. Heyət üzvlərindən birinin itkin düşdüyü bildirilir.

Hadisə yerinə Yaponiyanın sahil mühafizəsinin gəmiləri, həmçinin yaxınlıqda yerləşən digər bərələr yönəlib.

Yanğının baş vermə səbəbləri barədə məlumat verilməsə də, yanğının mərkəzinin avtomobillər daşınan hissədə olduğu güman edilir. Heyət üzvləri əvvəlcə yanğının öhdəsindən gəlməyə çalışsa da, sonradan sərnişinlərin təxliyəsi barədə qərar qəbul olunub.

Bərədə baş verən yanğınla əlaqədar Baş nazir Şinzo Abenin dəftərxanasında xüsusi qərargah yaradılıb.

“Günəbaxan” adlı 11401 ton su tutumlu bərə 154 sərnişin və 160 avtomobil daşımağa qadirdir.
Diaspora