Səudiyyədə peyvənd vurdurmayanlar evdən çıxa bilməyəcəklər

Səudiyyədə peyvənd vurdurmayanlar evdən çıxa bilməyəcəklər backend

Səudiyyə Ərəbistanında peyvənd vurdurmayanlar avqustun 1-dən etibarən heç yerə gedə bilməyəcəklər. Dövlət onlara dövlət və özəl müəssisələrə girməyə, ictimai nəqliyyatdan istifadə etməyə və kütləvi tədbirlərdə iştirak etməyə qadağa qoyur.

Bu barədə “Podyom” “Telegram” kanalı xəbər yayıb.

Krallığın Daxili İşlər Nazirliyindən bildirilib ki, vaksinasiyadan keçən sakinlər hətta ictimai nəqliyyatdan istifadə zamanı peyvəndlər barədə məlumatlar olan xüsusi mobil tətbiqetmədəki məlumatları təqdim etməlidirlər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında koronavirusla bağlı epidemioloji vəziyyət olduqca gərgin olaraq qalır.

Oxu.az

Diaspora