Karapetyan Moskvaya getdi - Şoyqu ilə görüşəcək

Karapetyan Moskvaya getdi -  Şoyqu ilə görüşəcək backend

Ermənistanın müdafiə nazirinin birinci müavini Arşak Karapetyan bu gün səhər Moskvaya yola düşüb.   Bu barədə erməni KİV-lər yazıb. Məlumata görə, səfər zamanı Karapetyan Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşəcək.

Xatırladaq ki, iyulun 26-da Rusiya Müdafiə Nazirliyi Karapetyan və Şoyqunun telefon danışığı barədə məlumat yayıb. Onların həm regional təhlükəsizlik, həm də qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdikləri bildirilib.

Xatırladaq ki, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın qərarı ilə Karapetyan 20 iyul tarixində müdafiə nazirinin birinci müavini təyin edilib.
Bundan əvvəl isə Baş Qərargah rəisinin müavini vəzifəsindən çıxarılıb. O, faktiki olaraq müdafiə naziri vəzifəsini icra edir. (azvision.az)

Diaspora