“Normandiya dördlüyü”nün danışıqları başa çatdı

“Normandiya dördlüyü”nün danışıqları başa çatdı backend

Tərəflərin fevralın 14-dən atəşin dayandırılması və ağır silahların təmas xəttindən geri çəkilməsi barədə razılığa gəldiyi bildirilir

“Normandiya dördlüyü” – Ukrayna, Rusiya, Fransa və Almaniya rəhbərlərinin Belarusun paytaxtı Minsk şəhərində Donbass probleminin həlli üzrə yarım sutkadan çox davam edən danışıqları başa çatıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, görüşün yekunları ilə bağlı Ukrayna prezidenti Pyotr Poroşenko, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel tərəfindən rəsmi sənədin imzalanması gözlənilir.

Razılaşdırılmış sənədin Donetsk və Luqansk separatçılarının da təmsil olunduğu təmas qrupuna verildiyi bildirilir. Onların da sənədə imza atması nəzərdə tutulub.

"Kommersant" qəzetinin xəbərinə görə, tərəflər fevralın 14-dən etibarən atəşin dayandırılması və ağır silahların təmas xəttindən geri çəkilməsi barədə razılığa gəlib.
Diaspora