Tunisdə siyasi böhran: Parlamentin sədri xalqı küçələrə səsləyib - VİDEO

Tunisdə siyasi böhran: Parlamentin sədri xalqı küçələrə səsləyib -  VİDEO backend

Tunis Prezidenti Kays Sayid ölkə parlamentinin spikeri Rəşid Əl-Qənnuşinin və qanunverici orqanın 64-dan çox üzvünün ölkədən çıxışına qadağa qoyub. 

Bu barədə “Tunisie Numerique” portalı hökumətdə olan mənbəyə istinadən məlumat yayıb.

Tunis Prezidenti həmçinin Baş nazir Hiçam Mediçini istefaya göndərib.

Öz növbəsində parlamentin spikeri, “Ən-Nəhda” partiyasının lideri Rəşid Əl-Qənnuşi ölkə vətəndaşlarına videomüraciət edərək inqilabı müdafiə etməyə və baş verən hökumətdaxili çevrilişə qarşı nümayişlərə çıxmağa səsləyib.

Məlumat üçün qeyd edək ki, Tunisdə dərin siyasi böhran başlayıb. İyulun 25-də Tunisin bütün şəhərlərində ölkədəki iqtisadi böhranla əlaqədar etirazlar başlayıb, iğtişaşlar olub. (oxu.az)

Diaspora