Bu gecə Mavi Ay görünəcək. ANS PRESS-in məlumatına görə, bu gün yüz ildə 5 dəfə yaşanan kosmik hadisə yaşanacaq. Nadir bir təbiət hadisəsi olan Mavi Ay son dəfə 2012-ci ilin avqust ayında görünüb. Yüzildə 5 dəfə yaşanan Mavi Ayı görəcəyik Dünyada meydana gələn vulkanik partlayışlar və meşə yanğınlarının səbəb olduğu toz buludlarının hərəkəti ilə bağlı olaraq mavi tonlarda görünən tam ay ilk dəf 1883-cü ildə tam şəkildə müşahidə edilib.
Əslində Ayın rənginin dəyişmədiyi, toz buludları səbəbi ilə göründüyünü bildirən astroloqlar "ən mavi ayın" 1991-ci ildə göründüyünü bildirirlər.
Növbəti dəfə Mavi Ayı 2018 və 2020-ci illərdə müşahidə etmək mümkün olacaq. 2018-ci ildə bu prosesin yanvar ayında olacağı pronozlaşdırılır.
"Mavi Ay" termin olaraq 1946-cı ildə “Sky& Telescope” jurnalı tərəfindən istifadə edilib.
Mavi Ay mövzusu hətta filmlərin də mövzusu olub.