Əfqanıstanda qırğın: 100-dən çox dinc sakin öldürüldü

Əfqanıstanda qırğın:  100-dən çox dinc sakin öldürüldü backend
Əfqanıstanın Qəndəhar vilayətinin Spin-Boldak bölgəsində naməlum şəxslər yüzdən çox dinc sakini öldürüblər.   Bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyindən bildirilib.

"Pəncabdakı (Pakistan) rəhbərlərinin əmri ilə terrorçular Spin- Boldakın bəzi
ərazilərindəki günahsız əfqanların evlərinə hücum etdilər. Onlar evləri qarət ediblər, yüzlərlə günahsız insan öldürüblər", - nazirliyinin sözçüsü Mirvais Stanekzay deyib.

“Taliban” mülki şəxslərin qətllərində iştirakını inkar edir.

Daha əvvəl Pakistanla sərhəddəki Spin-Boldak bölgəsi "Taliban" tərəfindən ələ keçirilib, daha sonra yenidən hökumət qüvvələrinin nəzarətinə keçib. Pakistan-Əfqanıstan sərhədində yerləşən Spin-Boldak bölgəsi ticarət baxımından strateji bir mövqeyə sahibdir.
Diaspora