Türkiyənin Adana vilayətində PKK terrorçuları polis idarəsinə silahlı hücum ediblər

Türkiyənin Adana vilayətində PKK terrorçuları polis idarəsinə silahlı hücum ediblər backend

Türkiyənin Adana vilayətinin Pozantı rayonunda PKK terrorçuları polis şöbəsinə silahlı basqın ediblər. Basqın nəticəsində iki polis əməkdaşı həlak olub. Hücumun qarşısı alınarkən terrorçulardan ikisi məhv edilib.


AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, hücumun baş verdiyi ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb, araşdırmalar aparılır. Öldürülən terrorçuların üzərindəki bombalar zərərsizləşdirilib.

Adana valisi Mustafa Büyük Anadolu Agentliyinin müxbirinə açıqlamasında terroristlərlə əməkdaşlıq edən şəxslərin yaxalanması üçün təhlükəsizlik qüvvələrinin genişmiqyaslı əməliyyat-axtarış tədbirləri həyata keçirdiyini bildirib.
Diaspora