ABŞ və İran Yaxın Şərqdə strateji maraqlara toxunan uzunmüddətli əməkdaşlıq məsələsində razılığa gəlməyəcək. Bu barədə Trend-ə Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi işçisi, Qafqaz üzrə mütəxəssis, siyasi elmlər doktoru Qordon Xan nüvə razılaşmasından sonra ABŞ və İran əlaqələrinin normallaşdırılması məsələsini şərh edərkən deyib.
O bildirib ki, İsrailin mövcudluq haqqı, İranın İraqda, Yəmənin Bəhreyndə rolu və uzunmüddətli məqsədləri kimi məsələlər ABŞ və İranın razılığa gəlməsinə mane olacaq.