Zelenski: Baydenlə görüşü səbrsizliklə gözləyirəm

Zelenski: Baydenlə görüşü səbrsizliklə gözləyirəm backend

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Co Baydenlə Donbasdakı vəziyyəti müzakirə edə biləcəyi ümidli və mənalı bir görüş gözlədiyini söyləyib.

Axar.az xəbər verir ki, o, bu barədə Tviter səhifəsində yazıb.

"30 avqustda Baydenlə mənalı və səmərəli görüşü gözləyirəm. Ukrayna ilə ABŞ arasında strateji tərəfdaşlığın vacib məsələlərini - Donbasda sülhü, Ukraynanın təhlükəsizliyini, iqtisadi inkişafını və islahatlara dəstəyi müzakirə etməyə davam edəcəyik",- deyə Zelenski qeyd edib.

Qeyd edək ki, dövlət başçıları 30 avqustda Ağ Evdə bir araya gələcək.

Diaspora