NASA: Yer kürəsinə oxşar yeni planet Kassiopi bürcündə tapılıb

NASA: Yer kürəsinə oxşar yeni planet Kassiopi bürcündə tapılıb backend

ABŞ Milli Aerokosmik Agentliyinin (NASA) “Spitzer Space” kosmik teleskopu HD 219134b adlı daş ekzoplaneti Kassiopi bürcündə tapıb. Bu, Yer kürəsinə ən yaxın planetdir. Digər ekzoplanetlərin əksəriyyəti planetimizdən yüzlərlə işıq ili uzaqda yerləşir.


AZƏRTAC Rusiyanın vesti.ru saytına istinadla xəbər verir ki, HD 219134b adlı ekzoplanet Yer kürəsindən 1,6 dəfə böyükdür. Alimlərin sözlərinə görə, tapılan ekzoplanetin orbitdə ulduza çox yaxın firlanır. Bu da həmin planetdə həyatın olması şansını azaldır.

Xatırladaq ki, bir neçə gün əvvəl NASA Günəş sistemində Yer kürəsinə bənzər yeni planet kəşf edib.
Diaspora