İtaliyanın Peççoli şəhərində “Asumptote” arxitektura bürosu tərəfindən “Mələklər parkı” kompleksi layihələndirilib.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, layihəyə parkdan əlavə interaktiv heykəl, Etrusk mədəniyyəti muzeyi, 800 yerlik açıq amfiteatr daxildir.
Layihəyə əsasən kompleksdə qida məhsulları və musiqi mərkəzləri muzeyi də yer alıb.
Bundan əlavə, parkda velosipedçilər və piyadalar üçün yeni yollar və bağlar salınacaq. Memarların fikrincə, “Mələklər parkı” şəhər sakinlərinin ən sevimli yerlərindən birinə çevriləcək.