Ukrayna Rusiyaya Qara dənizdə müqavimət üçün ittifaq yaradır

Ukrayna Rusiyaya Qara dənizdə müqavimət üçün ittifaq yaradır backend

Ukrayna Rusiyaya Qara dənizdə müqavimət təklifini təqdim edə bilər.

Axar.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib. Onun sözlərinə görə, bu təşəbbüs Gürcüstan, Moldova və NATO-nun Qara dənizdəki üzvləri ilə müzakirə ediləcək:

“Biz bunu indi gürcülərlə, moldavanlarla, eləcə NATO üzvü olan Qara dəniz ölkələri ilə müzakirə edirik. Biz vacib mövzuya keçid edirik. Bu, Qara dənizin təhlükəsizliyidir. Əgər bu ölkələr səylərini birləşdirməsələr, Rusiya Qara dənizi öz daxili dənizinə çevirəcək, onu iki yerə bölüb, öz hissəsində tam hökmranlıq edəcək”.