Dəmirtaşa cinayət işi açıldı

Dəmirtaşa cinayət işi açıldı backend

Türkiyə Prokurorluğu Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaşın ötən ilin oktyabrında ölkəni bürümüş kütləvi etiraz aksiyaları ilə əlaqəsini araşdırmağa başlayıb.

APA-nın NTV telekanalına istinadən xəbərinə görə, Dəmirtaş millətlər arasında ədavət və Türkiyə əhalisinin iki etnik qrupu arasında qarşıdurma yaratmaqda ittiham edilir.

Prokurorluq HDP sədrinin müqəssir olduğunu müəyyən edəcəyi təqdirdə, Dəmirtaş deputat toxunulmazlığı statusundan və 24 ilədək azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, Türkiyədə vəziyyət İŞİD qruplaşmasının iyulun 20-də Suruçda törətdiyi terror aktı və ölkənin cənub-şərq əyalətlərində polis əməkdaşlarının PKK terrorçuları tərəfindən qətlə yetirilməsindən sonra gərginləşib.

Diaspora