Türkiyənin Marmaris şəhərində Milli İstehbarat Təşkilatı (MİT) və Jandarm qüvvələrinin təşkil etdiyi əməliyyat nəticəsində Yunanıstana qaçmağa çalışan 3 FETÖ üzvü və 4 təşkilatçı qadın saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə “Yeni Akit” məlumat yayıb.
Saxlanılanların Yunanıstanın Simi adasına qaçmağı planlaşdırdığı üzə çıxıb.
Faktla bağlı araşdırmalara başlanılıb.