Ukraynalı pilotun məhkəməsi başlayıb

Ukraynalı pilotun məhkəməsi başlayıb backend

Ukraynanın şərqində 2 rusiyalı jurnalistin ölümünə görə ittiham olunan ukraynalı helikopter pilotunun Rusiyada məhkəməsi başlayıb. Bir ildən artıqdır kı Rusiyada həbsxanada saxlanılan Ukrayna hərbi hava qüvvələrinin pilotu və Ali Radanın deputatı Nadejda Savçenko işlə bağlı ilkin dinləmə Donetsk şəhərində keçirilib.

İki Rusiya jurnalisti ötən il, iyun ayında mina atəşinə düşərək həlak olmuşdular.
Rusiyalı prokurorlar Savçenkonu ukraynalı minatanlar üçün atəşi hədəfə yönəldən vəzifəsini yerinə yetirməkdə ittiham ediblər.

QAZİLER.AZ xəbər verir ki, qadın pilotun vəkillərinin BBC-ə bildirdiyinə görə, Savçenkonun alibisi var - ötən ilki hadisədə mina atəşi başladığı zaman o, rusiyapərəst üsyançıların əsirliyində olubmuş.

Lakin vəkillərin qənaətincə, bu iş siyasi motivli olduğundan, məhkəmənin ədalətlə keçəcəyinə ümid yoxdur.

Bu işlə bağlı Rusiya məhkəməsi Savçenkoya 25 il həbs cəzası kəsə bilər.
Məhkəmənin ilkin dinləməsində Britaniya, ABŞ və bir neçə digər ölkələrdən olan səfirlik nümayəndələrinin iştirakına icazə verilməyib.

Məhkəmə hökmünün 10 gün ərzində veriləcəyi gözlənilir.

Nadejda Savçenko, ona qarşı sürülmüş ittihamları rədd edir.
Diaspora