Əfqanıstanda Taliban hərəkatı Molla Axtar Mənsuru mərhum Molla Ömərin davamçısı təyin edib. QAZİLER.AZ xəbər verir ki, ötən gün Əfqanıstan hökümətinin BBC-ə bildirdiyinə görə, Molla Ömər ölüb. Taliban rəhbərliyinə yaxın mənbələrin bildirdiyinə görə, Molla Ömərin yerinə onun müavini Molla Axtar Mənsur təyin ediləcək.
Müxbirlərə görə, bu qərar silahlılar arasında parçalanmanın yaranmasına səbəb ola bilər. Deyildiyinə görə, yüksək rütbəli Taliban üzvləri bu təyinatı alqışlamırlar.Pakistan Əfqanıstan hökümətilə Taliban arasında sülh danışıqlarının təxirə salındığını bildirib.
Güman edildiyinə görə, Talibanda bəzi çevrələr molla Ömərin yerində onun oğlunu görmək istərdilər.
Pakistan tərəfi molla Ömərin ölümünü hələlik təsdiqləməyib.
Əfqanıstan Taliban liderinin 2 il bundan əvvəl Kəraçi xəstəxanasında öldüyünü bildirir.
Pakistan isə molla Ömərin ölkə ərazisinə ayaq basmadığını deyir.