Kreditorlardan Yunanıstana YENİ ŞƏRTLƏR

Kreditorlardan Yunanıstana YENİ ŞƏRTLƏR backend

Afina Avropa İttifaqının digər ölkələri ilə əvvəlki borcları üzrə ödənişlərə dair razılığa gəlməyəcəyi təqdirdə Beynəlxalq Valyuta Fondu Yunanıstana maliyyə yardımının növbəti paketini ayıtmayacaq.

QAZİLER.AZ-ın məlumatına görə, bu barədə “BBC”-yə BVF-dəki mənbə bildirib. Məlumata görə, danışıqlar prosesinin iştirakçıları müəyyən güzəştlərə getməlidir: Avrozona ölkələri Yunanıstanın borc yükünü azaltmalı, Afinaya isə əlavə islahatlar gərəkdir.

Bir neçə gün əvvəl Yunanıstanın Maliyyə Nazirliyi yeni kredit xəttinin açılması ilə bağlı BVF-ə rəsmi sorğu göndərib.

Avqustun 20-də beynəlxalq kreditorların Yunanıstanla 86 mlrd avro məbləğində vəsaitinin ayrılması barədə yeni saziş imzalayacağı gözlənilir.
Diaspora