Meksikanın Sakatekas ştatında yük maşınının zəvvarlara çırpılması nəticəsində ölənlərin sayı 25-ə çatıb, 30 nəfər xəstəxanalarda qalmaqdadır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli hökumətin saytında bildirilir.
Qeyd edək ki, ağır yük maşını 200-dək zəvvarın iştirakı ilə keçirilən dini mərasim zamanı kütləyə çırpılıb və aşıb. İlkin məlumata görə, yük maşınının əyləcində problem olub. Qəzadan sonra sürücü hadisə yerindən qaçıb.