“Araik Rusiyanın məşhur kurort şəhərində otel aldı...”- FOTO

“Araik Rusiyanın məşhur kurort şəhərində otel aldı...”-  FOTO backend

“Yəqin, dostu Rustam Muradov bu informasiyanı hamıdan tez dəqiqləşdirə bilər...”

 

30 ildən bəri Azərbaycan torpaqlarında qondarılmış və hələ də Rusiya sülhməramlı(?) ordusunun  himayəsində tör-töküntüləri qalan separatçı-terrorçu erməni rejiminin başçısı Araik Arutyunyanın  Rusiyada – Şimali Qafqazın məşhur kurort şəhərlərindən biri olan Jeleznovodskda mehmanxana alması haqda informasiyalar yayılıb.

 

Moderator.az xəbər verir ki,  bu haqda məlumat qəsbkar Ermənistanın teleqram-kanallarında yer alıb. 

 

“Qarabağda minlərlə erməni ailəsinin Azərbaycanın vurduğu ziyanın ödənilməsi üçün növbəyə durduğu bir vaxtda "prezident" Araik “mavi” dostu Meliksetyan Karenin adına Jeleznovodskdakı "Mask" otelini alıb. Tam ünvan: Rusiya Fedarasiyası, Stavropol diyarı, Jeleznovodsk şəhəri,  şəhər tipli İnozemtsevo qəsəbəsi, Qaqarin küçəsi, 213A”- erməni teleqram-kanalında belə yazılıb.

 

Yəqin, dostu Rustam Muradov bu informasiyanı hamıdan tez dəqiqləşdirə bilər...

Diaspora