Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri avqustun 3-də Dohada görüşəcəklər. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, görüşün əsas müzakirə mövzusu Suriyadakı münaqişənin nizamlanması olacaq.
Bu barədə Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov bildirib.O əlavə edib ki, danışıqlarda Səudiyyə Ərəbistanının nümayəndələrinin iştirak edəcəyi gözlənilir.
Bundan əvvəl ABŞ dövlət katibi Con Kerri görüşlərdə İranın addımları və Suriyadakı vəziyyətin əsas müzakirə mövzusu olacağını bildirib.