Əfqanıstanda Taliban hərəkatının hücumlarının Özbəkistanla sərhədə yaxınlaşması vəziyyəti daha da gərginləşdirib.
Axar.az xəbər verir ki, bununla əlaqədar Rusiyanın Əfqanıstanın Məzari-Şərif şəhərindəki baş konsulluğunun əməkdaşları təhlükəsizliyin təmin olunması məqsədilə Özbəkistana köçürülüb. Diplomatlar son vaxtlar Xayraton şəhərində fəaliyyət göstəriblər.
Bu barədə məlumat verən Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Yusuf Kabulcanov bildirib ki, son vaxtlar taliblərin hücumlarına davam gətirməyən təxminən 100 əfqan hərbçisi Özbəkistanda müvəqqəti sığınacaq tapıb.