ABŞ-ın yeni bombardmançısı: Dünya bu şəkildən danışır – FOTO

ABŞ-ın yeni bombardmançısı:  Dünya bu şəkildən danışır – FOTO backend

Neçə gündür ki, dünyada əsas müzakirə mövzularından biri ABŞ-ın “B-21 Raider” yeni bombardmançı təyyarəsinə aid şəklin yayılmasıdır. Bu, üçüncü rəsmi vizualizasiyadır. Şəkildən görünür ki, təyyarənin konfiqurasiyası dəyişib. Pilot kabinəsindən sol tərəfdə nə üçün lazım olduğu bilinməyən qövsvari, ensiz pəncərə peyda olub.

Qazilər.az AzVision.az-a istinadla xəbər verir ki, “Northrop Grumman” şirkəti 2015-ci ildən “B-21 Raider”in üzərində işləyir. Bu təyyarə artıq köhnəlmiş “B-52 Stratofortress” və “B-2 Spirit” bombardmançılarını əvəz edəcək. Təyyarənin layihələndirilməsi 2017-ci ildə bitib. 2019-da şirkət ilk işlək nümunənin yığılmasına başlayıb. Təyyarənin ilk uçuşu əvvəlcə 2021-ci ilin dekabrına planlaşdrılmışdı, lakin sonra onu 2022-ci ilin mayına keçirdilər.

Artıq təyyarənin xarici görünüşü tamamilə müəyyənləşib. O da “B-2 Spirit” strateji bombardmançısı kimi “uçan qanad” formasındadır. Qanadın ölçüsü 21m x 52,4 m-ə barəbərdir.

Təyyarədə görünməzlik texnologiyasınin ən son nailiyyətləri tətbiq ediləcək. Məsələn, onun mühərrikindən çıxan reaktiv qaz şırnağı ekranlanacaq. Təyyarənin müasir hava hücumundan müdafiə vasitələri, o cümlədən, Rusiyanın “C-500 Promotey” sistemləri üçün tamamilə görünməz olacağı deyilir.

Yeni təyyarə həm nüvə (B83 və B61-12), həm də qeyri-nüvə bombaları daşıyacaq. İkincilərin sırasına Joint Directed Attack Munition (JDAM) ağıllı bombaları və AGM-158 Joint Air to Surface Standoff Missile (JASSM) raketləri daxildir.

Konstruksiyasının açıq arxitekturalı olması təyyarənin gələcəkdə təkmilləşdirilmək və yeni silah sistemlərilə inteqrasiya olunmaq imkanlarını xeyli gücləndirir. Onun bazasında pilotsuz variant da hazırlanacaq.

Yeni bombardmançının 2026-2027-ci illərdə ABŞ Ordusunda silahlanmaya qəbul ediləcəyi gözlənilir. Ağ Ev bildirib ki, hökumət Pentaqonun 145 ədəd “B-21 Raider” almasına dəstək verəcək.

Qeyd edək ki, Rusiya da yeni nəsil görünməz təyyarələrin üzərində işləyir. “ПАК ДА”nın sınağı ilkin olaraq 2023-cü ildə gözlənilir.