Türkiyənin Eskişehir şəhərində doğuşdan iki qolu olmayan və bir ayağı digərindən 3,5 santimetr qısa olan 6 yaşındakı Baran Doruk Şimşək hovuzda təlimçinin köməyi ilə üç həftə ərzində üzməyi öyrənib. Anadolu Agentliyinin yaydığı məlumata görə, bu, eşidənlərin həm təəccübünə səbəb olur, həm də təqdirini qazanır.
Onun məşqçisi Mehmet Bayrak deyir ki, Baran əvvəl-əvvəl hovuza girməyə qorxurdu, sonradan isə o, üzməyə oyun olaraq başladı. Onun üzməyi bu qədər tez öyrənməsi həm də əzmli və cəsarətli olması ilə bağlıdır.Baranın anası Duygu Şimşək oğlunun üzməyi çox sevdiyini, üzməyə başladıqdan sonra onun boyunun uzandığını deyib.