"Bizim çağırışımıza yalnız Türkiyə cavab verdi" - Mişri

"Bizim çağırışımıza yalnız Türkiyə cavab verdi" - Mişri backend

Rəsmi müqavilələr çərçivəsində Liviyadakı Türkiyə qüvvələri ilə muzdlular bərabər səviyyədə görülə bilməz.

Axar.az xəbər verir ki, bunu Liviya Dövlət Şurasının sədri Xalid əl-Mişri deyib.

Mişri Türkiyə ordusunun Liviya hökumətinin çağırışı əsasında gəldiyini vurğulayıb:

"Liviya liviyalıların torpağıdır. Prinsipcə, heç bir xarici gücün torpaqlarımızda olmasını istəmirik. Fransız təyyarələri gəldi və liviyalıları bombaladı. Çad və Sudan üsyançıları, hətta ruslar da gətirildi. Bunun üzərinə beynəlxalq yardım istədik və bir neçə ölkəyə səsləndik. ABŞ, Əlcəzair, İtaliya, Türkiyə və NATO-ya yardım üçün müraciət etdik. Bizim çağırışımıza yalnız Türkiyə cavab verdi".